Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdi

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdi

Dəmir yolunda təmir işləri aparılacaq.

Bakucity.az xəbər verir ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib:

“Dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq sabah - şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08:40-da yola düşən 6012 nömrəli, Sumqayıtdan saat 09:05-də yola düşən 6014 nömrəli, Sumqayıtdan saat 09:50-də yola düşən 6016 nömrəli, Sumqayıtdan saat 16:55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16:00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq”. (Oxu.az)

Bakucity.az 

Dəmir yolu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər