Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO

Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO

Paytaxtın 7 rayonunda müasir konteynerlər qoyulub.

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanıb. Sözügedən müqavilə əsasında şirkət tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanması işləri sürətlə davam edir. 

Bu işlərin əsas məqsədi Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtı gözəl məkana çevirməkdir.

Bununla əlaqədar şirkətin 2 mütəxəssisi - Alex Symeonidis və Nick Wilson Bakıdadırlar və onların rəhbərliyi ilə yeni yaradılmış Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Məişət Tullantılarının İdarə Edilməsi Üzrə Monitinq Mərkəzində 2 həftə ərzində ərazidən yığılmış məişət tullantılarının kompozisiyası araşdırılır. Bu müddət başa çardıqdan sonra yekun nəticələrə əsasən məişət tullantılarının yığılması və daşınması sahəsində yeni innovativ metodların tədbiq edilməsi üçün lazımi qərarlar veriləcək.

Belə ki, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tədbiqi və onların daşınmasında daha səmərəli marşrutlarının təyin olunması istiqamətində işlər aparılır. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişatına paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Konsepsiya şərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və tam şəkildə işə həyata keçirilməsi işləri 2019-cu ilin sonu 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.

Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO, fotoşəkil-1 Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO, fotoşəkil-2 Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO, fotoşəkil-3 Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO, fotoşəkil-4 Bakıda zibillikləri britaniyalılar təmizləyəcək - FOTO, fotoşəkil-5

Bakucity.az 

Müasir konteyner
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər