UEFA Bakıda rekord sayda azarkeş gözləyir

UEFA Bakıda rekord sayda azarkeş gözləyir, Oral Aliyev

Final görüşündə nə qədər azarkeş olacaq?

Bakucity.az xəbər verir ki, Avropa Liqasının paytaxtımızda keçiriləcək finalı ilə bağlı UEFA-nın saytında məlumat dərc edilib. Məlumatda qeyd edilib ki, Bakıda ilk dəfə avrokubokların həlledici görüşün baş tutacaq. Həmçinin, 2015-ci ildə tikilən Bakı Olimpiya Stadionunda AÇ-2020-nin final mərhələsinin 4 matçının keçiriləcəyi də vurğulanıb. 

Sonuncu dəfə bu turnirin 1999-cu ildə Moskvada baş tutan "Parma" - "Latsio" oyununda azarkeş rekordu qeydə alınıb (62 min). UEFA Bakıda yeni rekordun qeydə alınacağını proqnozlaşdırır.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda reallaşacaq. (Qafqazinfo)

Bakucity.az 

Final görüşü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər