Bakı sakinləri PAŞA Bankın yeni kartından faydalana bilər

Azərbaycan bankı ilkə imza atıb.

PAŞA Bank və “Türk Hava Yolları” birgə “Co-branding” (birgə markalaşma) məhsulunu təqdim edib. 

Bakucity.az xəbər verir ki, Azərbaycan maliyyə bazarlarında ilk dəfə olaraq PAŞA Bank “Türk Hava Yolları” ilə birgə “Miles&Smiles” kartını müştərilərə təqdim edib. 

Bu kartın bazara çıxarılması bankın nağdsız əməliyyatların inkişafına və elektron ödənişlərin genişləndirilməsinə dəstək stategiyasının tərkib hissəsidir.

Bu kartı əldə edən müştərilər həm ölkə daxilində həm də ölkə xaricində əməliyyatlar aparmaqla “Türk Hava Yolları”ından millər qazanacaq. Bu millər hesabına isə bilet əldə etmək mümkün olacaqdır. 

Kartın hansı üstünlükləri var?

Bankdan saytımıza bildiriblər ki, “Miles&Smiles” kartı sahibləri ticarət və xidmət obyektlərində, PAŞA Bankın POS terminallar şəbəkəsi daxilində və xaricində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri “Türk Hava Yolları”nın 308 uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir. Cari prinsip nəinki ölkə-daxili, həmçinin ölkə-xarici nağdsız ödənişlər üçün də keçərlidir. Bundan başqa, müştəri bankın partnyor şəbəkəsində “Miles&Smiles” kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edəcək. Həmçinin, “Miles&Smiles” kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur. 

PAŞA Bankın “Miles&Smiles” kartının digər bir özəlliyi də kart sahibinə ilkin ödəniş müqabilində əlavə bonus millər (“Welcome milləri” funksiyası), eyni zamanda, öncədən aviabilet və ya digər xidmətlərə dəyişmək üçün əlavə millər (“Avans Millər” funksiyası) hədiyyə olunması imkanıdır. Bundan başqa, “Miles&Smiles” kartının sahibləri Türk Hava Yolları tərəfindən “Miles & Smiles” bonus proqramı çərçivəsində konsyerj xidməti (Çağrı və “Chatbot”), dünyanın bütün hava limanlarında VİP gözləmə otaqlarında qonaq olmaq, səyahət zamanı sığortalanma və digər bir sıra imtiyazlardan yararlanmaq şansı əldə edəcəklər.

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Azərbaycan bankı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
26 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 101-ci ildönümüdür. Bakucity.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də e...
Cəmiyyət
Sabaha olan hava proqnozu Sentyabrın 15-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Bakucity.az xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 16-18° isti, gündüz  25-27° isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 763  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  55-65 % olacaq. Bakucity.az
Mədəniyyət
Tədbir Bakı Fotoqrafiya Evində keçirilib Sentyabrın 13-də Kiyev-Peçora Milli Tarix-Mədəniyyət Qoruğunun “Kiyev-Peçora böyük monastrı. Tarix və müasirlik” adlı səyyar bədii foto sərgisi Ukraynanın Azərbaycandakı Səfirliyinin və Sumqayıtdakı İ.Franko adına Ukrayna ictimai təşkilatının dəstəyi ilə ilk dəfə “İçərişəhər” Muzey Mərkəzinin Fotoqrafiya Evində keçirilib. Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxıç edən “İçərişəhər” Muzey Mərkəzinin direkto...
Cəmiyyət
“İstəmirik ki, kənardan baxan desin “polis imkan vermir” Ölkədə dərs ilinin başlaması ilə əlaqədər Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı Bakucity.az-a məlumat verən BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov qeyd edib ki, paytaxtda yerləşən bütün təhsil ocaqları nəzarətə alınacaq.  “16 sentyabr dərs ilinin başlaması ilə bağlı Bakıda yerləşən təhsil müəssisələ...
Hadisələr
Qadın yolda yatıb Paytaxtın Binəqədi rayonunda içkili qadın çətin anlar yaşadıb. Bakucity.az xəbər verir ki, hadisə S.S.Axundov küçəsində baş verib. Şahidlər iddia edirlər ki, 50-60 yaşlarında olan qadın yola yaxınlaşanda yıxılıb və orada yatıb. Onun yanında olan kişi qadının rəfiqəsi ilə birlikdə həddən artıq spirtli içki qəbul etdiyini bildirib. O, ətrafdakı insanların köməyi ilə taksi sifariş verib, və çətinliklə olsa da, qadını maşına əyləşdirərək ər...
Cəmiyyət
Qəza nəticəsində “Ford”un daşıdığı yük yola səpələnib Bakıda aeroport yolunda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Bakucity.az xəbər verir ki, BMW markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində “Ford” dəmir arakəsməyə dəyərək bir neçə dəfə çevrilib.  Eyni zamanda, BMW də digər dəmir arakəsməyə dəyib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Ford”un daşıdığı yük isə yola...
Cəmiyyət
Ceyhun Cəfərzadə qonşusunun arxasınca düşərək Ağdama gedib Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin qonağı Qarabağ müharibəsi iştirakçısı Ceyhun Cəfərzadədir. Cəfərzadə Ceyhun Tahir oğlu 1977-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Ceyhun ailə üzvləri ilə birlikdə Bakıya gəlib və Əhmədli qəsəbəsində müvəqqəti məskunlaşıb. Hazırda dövlət tərəfindən Lökbatan qəsəbəsində məcburi köçkünlər ü...
Hadisələr
Qəza zamanı bir nəfər xəsarət alıb Paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakucity.az xəbər verir ki, Əmayev Sinan Çingiz oğlu idarə etdiyi motosikletli hərəkətdə olan zaman Əkbərov Əkrəm Allahverdi oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobilə vurub.  Hadisə nəticəsində motosiklet sürücüsü S.Əmayev xəsarət alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi cərimə meydançasına...
Cəmiyyət
Pasiyentdə emboliya (piyin qana keçməsi) halı baş verib Bakıda liposaksiya əməliyyatı etdirən ərəb turist Rasa Ellemzadaa komaya düşüb.  Bakucity.az xəbər verir ki, qadın Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib. Əməliyyat zamanı onun vəziyyəti pisləşib və xəstə Baku Medical Plazaya yerləşdirilib.  Qeyd edilir ki, R.Ellemzadaa hazırda komadadır, xəstədə emboliya (piyin qana keçmə...