Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO

Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO, Oral Aliyev

Müəllim və valideynlərin irad və təklifləri dinlənilib.

Bakucity.az xəbər verir ki, mayın 3-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərlə görüşüb.

Paytaxtdakı 149 nömrəli tam orta məktəbdə keçirilən görüşdə təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.

İdarə müdiri mövcud problemlərin aradan qaldırılması, hər bir müraciətin araşdırılması üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO, fotoşəkil-1 Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO, fotoşəkil-2 Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO, fotoşəkil-3 Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO, fotoşəkil-4 Bakıda müəllim və valideynlərin səyyar qəbulu - FOTO, fotoşəkil-5

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər