Ötən gecə paytaxtda ağır yol qəzası baş verib.
Bakucity.az xəbər verir ki, Bayıl qəsəbəsində iki minik avtomobili toqquşub.
Qəza nəticəsində "90-CF-723" dövlət qeydiyyat nişanlı avtomobildə olan bir ailənin üç üzvü xəsarət alıb.
1979-cü il təvəllüdlü Muradov Şahin və 2009-cu il təvəllüdlü Muradov Məhəmməd qapalı kəllə-beyin travması, 2007-ci il təvəllüdlü Muradlı Zöhrə isə qarının küt travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Z.Muradlının vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, sözügedən ailə ad günündən qayıdırmış. (Report)
Bakucity.az