Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb, Oral Aliyev

FHN meyiti aidiyyəti üzrə təhvil verib.

Bakucity.az xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə sözügedən rayonda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-cü il təvəllüdlü Vladislav Xramovun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az 

FHN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər