Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır

Bakıda bu yollarda hərəkət məhdudlaşdırılır

DYPİ sürücüləri xəbərdar edir

Bakucity.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığıilə mayın 5-də “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu-2019” keçiriləcək. 

Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən marafonla bağlı bəzi nəqliyyat vasitələinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

“Marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə mayın 5-də saat 10:00-dan 15:00-dək Dövlət Bayraq Meydanından başlayaraq, Dənizkənarı bulvar boyu,  Milli park ərazisi ilə Azadlıq meydanı, Dəniz vağzalının yanı, Neftçilər prospekti, Ağ şəhər bulvar yolu ilə dairədən geriyə yürüş keçirməklə, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, tunel, Ə.Qədirbəyov küçəsi, Heydər Əliyev Mərkəzi və əlavə yolla hərəkətin əks istiqamətində olaraq, Koroğlu metrosu istiqamətində - Asan Xidmət inzibati binası yanından sola, Böyük şor karxanası küçəsi, Xəlilrza Ulutürk küçəsi, tunel vasitəsi ilə Olimpiya Stadionu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq”. 

Tədbiri nəzərə alaraq sürücülərdən şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkət etmələri tövsiyə edilir. (Oxu.az)

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər