Moskva-Bakı reysində gecikmə olacaq.
Bakucity.az xəbər verir ki, buna səbəb Moskvanın “Şeremetevo” hava limanının uçuş-eniş zolaqlarının müvəqqəti olaraq bağlanmasıdır.
“Aeroflot” aviaşirkətinin həyata keçirəcəyi “SU 1852” saylı birbaşa Moskva-Bakı reysi gecikmə səbəbindən Bakı vaxtı ilə 1:30-da yola düşəcək və gecə saat 03:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.
Qeyd edək ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat yayıb. (Oxu.az)
Bakucity.az