Ən dadlı suşiləri bu səhifələrdən sifariş verə bilərsiniz.
Yapon mətbəxi Bakıda kifayət qədər populyarlıq qazanıb. Artıq evdən çıxmadan da yapon mətbəxinin ən dadlı yeməyi hesab edilən suşi yeyə bilərsiniz.
Bakucity.az paytaxtda onlayn suşi sifariş verə biləcəyiniz internet səhiflərini təqdim edir:
“Bamboosushibaku” – Rafael Məmmədov paytaxtımızda ilk professional suşi mütəxəssisidir. O, ilk dəfə “Space” TV-də Yapon mətbəxi reseptlərini tamaşaçılarla bölüşüb. Onun suşi setləri həmişə dadlı və xoş ətirli olur. Şəhər daxilində çatdırılma pulsuzdur. Çatdırılma üçün minimum sifariş qiyməti isə 15-20 manat təşkil edir. "Mini set" 25 manatdır. “Seikatsu” seti (80 ədəd) 65 manat təşkil edir.
“Sushi house Baku” – Əlverişli qiymətlərlə dadlı suşi setləri təqdim edilir. 24 ədədlik ən ucuz suşi seti (“Maki set”) 18 manatadır. Ən bahalı hesab olunan “Hot set” isə 33 manatdır. Minimum sifariş qiyməti 20 manat, şəhər daxilində çatdırılma pulsuzdur.
“Sushi.servis” onlayn suşi çatdırma xidmətinin adminstratoru Şahin Quluzadənin sözlərinə görə, tez və münasib qiymətlərlə çatdırılma xidməti göstərirlər. Setlərin dadı yapon mətbəxinə biganə qalmayacağınız dərəcədədir. Beləliklə, burada “Mini set” (21 ədəd) 17 manat, “Sakura set” isə (60 ədəd) 33 manatdır.
“Yoshisushi_baku” – Buranın özəlliyi online çatdırma ilə yanaşı kiçik yapon restoranı olmasıdır. 24 ədədlik “Mini set” 26 manat (onlayn çatdırılma), restoranın müştəriləri üçün isə 29 manatdır. Ən böyük “Yoshi set” (69 ədəd) 64 manatdır.
“Sushi_azerbaijan” – Ləzzətin və yaxşı xidmətin mükəmməl birləşimində ən böyük dəsti - “Set 5” (86 ədəd) 50 manatadır. 18 ədədlik “Mini set” isə 14 manatdır. Evə çatdırılma qiyməti 2 manatdır.
Səhifə | Setlər - kiçik | Qiymət | Setlər - böyük | Qiymət |
Bamboosushibaku | Mini Set | 25 azn | Seikatsu Set (80 ədəd) | 65 azn |
Sushihouseaz | Maki Set (24 ədəd) | 18 azn | Hot Set (32 ədəd) | 33 azn |
Sushi.servis | Mini Set 1 (21 ədəd) | 17 azn | Sakura Set(60 ədəd) | 33 azn |
Yoshisushi_Baku | Mini Set (24 ədəd) | 26 azn | Yoshi Set (64 ədəd) | 69 azn |
Sushi_azerbaijan | Mini Set (18 ədəd) | 14 azn | Set 5 (86 ədəd) | 50 azn |
Nərminə Vahabova
Bakucity.az