İyunun 4-də keçiriləcək hərraca 85 dövlət əmlakı çıxarılıb.
Bakucity.az xəbər verir ki, hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 6-sı Bakıda yerləşir.
Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki binada yerləşən dövlət obyektinin ümumi faydalı sahəsi 84,3 kv. metrdir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün təyin olunan ilkin hərrac qiyməti 6 min manatdır.
Bakıda keçiriləcək hərraca çıxarılan “Nissan Maxima” və “Kia Sportage” markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illərdir. Avtomobil sahibi olmaq istəyənlər 3000 manat ilə 5400 manat aralığında ilkin qiymət təyin olunan bu dövlət əmlakları üzrə seçim edə bilər.
Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumatı emdk.gov.az və privatization.az saytlarından əldə etmək olar.
Bakucity.az