Bakıda futbolçunu öldürən sürücüyə hökm oxunub

Bakıda futbolçunu öldürən sürücüyə hökm oxunub, Oral Aliyev

İki nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxunub.

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sürücü Fəxrəddin Bəşirova hökm oxunub. 

F. Bəşirov hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 2-də F. Bəşirov idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən iki nəfəri vurub. 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edib. (Report)

Bakucity.az 

Sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər