Bakı məktəblərində işə qəbulun ikinci mərhələsi başlayıb - bakucity.az

Bakı məktəblərində işə qəbulun ikinci mərhələsi başlayıb

İmtahanlar paytaxtdakı 220 nömrəli məktəb-liseydə keçirilib.

Bakuciy.az xəbər verir ki, bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsinə start verilib.

İmtahanlara ilk olaraq laborant vəzifəsinə işə qəbul üzrə namizədlər cəlb olunub. 

Laborant vəzifəsinə işə qəbul üzrə test imtahanı mərhələsində 570 nəfər iştirak edib.

Müsabiqəyə qatılan şəxslər 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.

Laborant vəzifəsinə işə qəbul imtahanı mayın 7-də də davam edəcək. Həmçinin mayın 7-də kitabxanaçı, 8-də uşaq birliyi təşkilatı rəhbəri, 10-da təlim-tərbiyə işləri üzrə direktor müavini, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 11-də isə tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin II (test imtahanı) mərhələsi keçiriləcək.

Qeyd edək ki, I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda müsabiqənin keçirilmə yeri və vaxtı barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.

Növbəti imtahanlarda qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir. İştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

Bakucity.az 

İmtahan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Ona Prezidentin fəxri diplomu təqdim edilib Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Əməkdar memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Rasim Əliyev 1934-cü il 16 iyulda Gəncədə görkə...
Cəmiyyət
Təhülkəsizliyiniz üçün piyada keçidlərindən istifadə edin! Bakucity.az xəbər verir ki, vətəndaşların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməsi əksər hallarda bədxəxt hadisə ilə nəticələnir.  Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Lakin paytaxtda hələ də yolu piyada keç...
Hadisələr
İntiharın hansı səbəbdən baş verdiyi bilinmir Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib. İntihar edən şəxs Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənovdur. O, özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asıb.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Ticarət mərkəzində 44 min manatlıq oğurlu baş verib Bakucity.az xəbər verir ki, Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub. Bununla bağlı mağazanın sahibi Elçin Ələsgərov polisə müraciət edib.  O, şikayət ərizəsində qeyd edib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu hal yulun 13-nə kimi davam edib. Bu müddət ərzində mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb. ...
Biznes
"Buta Airways" Bakı-Batumi aviareyslərinin sayını artacaq Bakucity.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu ilin iyulun 17-dən sentyabr ayının 18-dək müvafiq istiqamətlərdə müntəzəm uçuşların sayı artırılacaq.  Bakıdan Batumi istiqamətində müntəzəm uçuşlara bu ilin iyunun 14-dən etibarən başlanılıb. Hazırda uçuşlar həftədə iki dəfə yerinə yetirilir.  Qeyd edək ki, yeni uç...
Hadisələr
O, “Qırmızı kanal”a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib Bakucity.az  xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.  Sərnişin baqajını götürüb “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş...
Ekologiya
Paytaxtda 16 iyula gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava yağmursuz olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütub...
Biznes
Pivə ilə birlikdə dadlı soyuq qəlyanaltılar da verilir Bakıda isti yay günlərində sərin bir məkanda pivə içmək istəyənlər az deyil.  Bakucity.az bu şəxslər üçün paytaxtda pivə içə biləcəkləri üç restoranın qiymət və xidmətlərini araşdırıb.  Bakıda ən məşhur pivə məkanlarından biri “PİVNAYA APTEKA” restoranıdır. Restoranın təkcə yaxşı pivələri deyil, həm də rahat interyeri diqqət cəlb edir: yumşaq yaşıl rəng, çobanyastığı rəflər, rahat divanlar və ən əsası...
Cəmiyyət
Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb Bakucity.az xəbər verir ki, Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb. S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib. Həmin maddə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya...