"ASAN Wi-Fi" şəbəkəsinin genişləndiriləcək.
Bakucity.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) sədrinin müavini Ceyhun Salmanov deyib. O qeyd edib ki, Carı ildə də "ASAN Wi-Fi" şəbəkəsinin genişləndirilməsi planlaşdırılır:
"Bu, Bakıda pilot layihə olaraq tətbiq edilib. Paralel olaraq isə müxtəlif iaşə obyektləri, hotellər, marketlərlə danışıqlar aparılır ki, "ASAN Wi-Fi" həmin yerlərdə istifadəyə verilsin. Hətta təyyarələrdə də "ASAN Wi-Fi" şəbəkəsinin quraşdırılması barədə planlar var. Hələlik bununla bağlı danışıqlar aparılır. Texniki baxımdan hər hansı problem qalmayıb. Sadəcə, layihənin səmərəliliyi ilə bağlı hesablamalar aparılmalıdır ki, nə dərəcədə effektivdir”. (Ona.az)
Bakucity.az