Bu barədə Ukrayna mediası məlumat yayıb.
Bakucity.az xəbər verir ki, "Səbail" Ukrayna millisinin sabiq üzvü Aleksandr Rıbkanı klubda saxlayıb. 32 yaşlı qolkiperlə müqavilənin müddəti iki illik uzadılıb.
Aleksandr Rıbka bu ilin yanvarında Türkiyənin "Afyonspor" klubundan "Səbail"ə keçib. O, ölkəmizdə 11 oyun keçirib və 13 qol buraxıb. Qolkiper əvvəllər vətənində "Dinamo" (Kiyev), "Obolon", "Şaxtyor" (Donetsk) və Türkiyədə "Karabükspor" klublarında forma geyinib. (Fanat.az)
Bakucity.az