Bakıda motosikletçi ağır qəzaya səbəb oldu

Bakıda motosikletçi ağır qəzaya səbəb oldu, Oral Aliyev

Gecə saatlarında paytaxtda yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, Zabrat qəsəbəsində 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə motosiklet "VAZ 2106" markalı minik maşınına çırpılıb. 

Hadisə zamanı motosikletin sürücüsü yüngül bədən xəsarəti alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az

Bakıda qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər