Bakıda keçiriləcək bu möhtəşəm konsertə sayılı günlər qaldı – FOTO/VİDEO

Bakıda keçiriləcək bu möhtəşəm konsertə sayılı günlər qaldı – FOTO/VİDEO

Rumıniyalı müğənni Bakıda konsert verəcək.

Bakucity.az xəbər verir ki, rumıniyalı məşhur müğənni, “Hot”, “Yalla”, “Nirvana”, “Ruleta”, “India”, “Sun is up”, “Tu manera” kimi sevilən hitlərin ifaçısı İnna Bakıda konsert verəcək. Konsert mayın 31-də "Monex Summit Caspian"ın təşkilatçılığı ilə "Elektra Events Hall”da baş tutacaq. 

Qeyd edək ki, İnna 2008-ci ildə ifa etdiyi “Play & Win” adlı mahnı ilə tanınıb. 2009-cu ildə isə “Hot” albomu ona məhşurluq qazandırıb.

İnnanın həmin albomu Çexiya, Fransana və Birləşmiş Krallığın top-10 musiqi çatlarına daxil olub. Albom Fransa və Portuqaliyada platin statusu alıb. Eyniadlı mahnı Amerikanın “Hot Dance Airplay” çartında və Portuqaliyanın illik çartında ilk yeri tutub. İfaçı həmçinin İspaniaya, Norveç və İtaliyada qızıl və platin statusu alıb.

Biletləri şəhərin bütün kassalarından, “28 Mall” və “Ganjlik Mall” ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. 

Konsertin informasiya dəstəkçisi Bakucity.az saytıdır.

Bakıda keçiriləcək bu möhtəşəm konsertə sayılı günlər qaldı – FOTO/VİDEO, fotoşəkil-1 Bakıda keçiriləcək bu möhtəşəm konsertə sayılı günlər qaldı – FOTO/VİDEO, fotoşəkil-2

Bakucity.az

INNA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər