Avtomobildən oğruluq edən şəxslər saxlanılıb.
Bakucity.az xəbər verir ki, Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb. Avtomobildən ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkçəsinin oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciətində bildirib.
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının həyta keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Hacıqabul rayon sakini Şamil Əliyev və Qubadlı rayonunda qeydiyyatda olan Amil Həsənov saxlanılıblar. Onlar ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər.
Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.