FHN paytaxtda maraqlı əməliyyat keçirib.
Bakucity.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri ağırçəkili şəxsin mənzildən çıxmasına kömək ediblər.
"112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.
Bakucity.az