Bakının yeni Baş Planının prioritetləri açıqlandı

Bakının yeni Baş Planının prioritetləri açıqlandı, Oral Aliyev

“Baş Planının əsasını 4 əsas prioritet təşkil edəcək”.

Bakucity.az xəbər verir ki, paytaxtın yeni Baş Planının prioritetləri Bakının İnkişaf Konsepsiyası əsasında müəyyən edilib. Bu barədə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin sədri Samir Nuriyev bildirib.

Baş Planın prioritetləri:

1. Davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması;

2. Şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi;

3. Milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi;

4. Şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçidi.

S.Nuriyev əlavə edib ki, Bakının İnkişaf Konsepsiyası işlənərkən həm yerli mütəxəssislər, həm də şəhər sakinləri arasında sorğular aparılıb və bununla da insanların yaşadıqları şəhərə münasibəti, onların nədən narahat olduqları və nəyi bəyəndikləri öyrənilib. 

Komitə sədrinin sözlərinə görə, insanların Bakını gələcəkdə necə görmək istədikləri barədə əldə edilmiş bu məlumat Baş Plan üzərində davam edən işin növbəti mərhələsində də nəzərə alınacaq. (Report)

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər