Bakıya 449 cüdoçu gəlir - “Böyük Dəbilqə”

Bakıya 449 cüdoçu gəlir - “Böyük Dəbilqə”

Turnirə 57 ölkədən 449 cüdoçu qatılacaq.

Bakucity.az xəbər verrir ki, mayın 10-da Bakıda cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri başlayacaq. Turnir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.

Azərbaycan millisi bu yarışda 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunacaq.

Qadınların yarışında Leyla Əliyeva, Aişə Qurbanlı, Şəfəq Həmidova, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Gülşən Nəzərova (52 kq), Səkinə Zayirova, İçinxorloo Munxçedev, Larisa Florian (57 kq), Nuriyyə Axundova, Diana Şoronova (63 kq), Günel Həsənli, Aidə Baxışova (70 kq), İrina Kindzerska (+78 kq), kişilərin mübarizəsində isə Orxan Səfərov, Tofiq Məmmədov, Oruc Vəlizadə, Əhməd Yusifov (60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev, İsmayıl İbrahimov, İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov, Rüfət Məmmədov, Telman Vəliyev (73 kq), Murad Fətiyev, Araş Ağayi, Afiq Səfərli, Hasil Cəfərov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Əliömər Tumayev, Əbdülhəqq Rəsullu (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev, Adil Kərimli, İeso Kviriaşvili ( 100 kq), Şahin Qəhrəmanov, Rüstəm Kotsoyev, Ayxan Cəfərov, İmran Yusifov (+100 kq) ölkəmizin şərəfini qoruyacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq və üç gün davam edəcək beynəlxalq yarışın təntənəli açılış mərasimi mayın 10-da, saat 16:00-da keçiriləcək.

Bakucity.az 

Turnir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər