Paytaxtın bəzi küçələrində rənglənmə işləri aparılır.
Bakucity.az xəbər verir ki, Nobel prospektində üfiqi nişanlanma xətləri yenidən rənglənir.
Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində də saat 22:00-dan səhər saatlarına kimi rənglənmə işləri aparılacaq.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bakucity.az