Bakı dairəvi dəmir yolu yenidən qurulur

Bakı dairəvi dəmir yolu yenidən qurulur, Oral Aliyev

Yenidənqurma "Əsaslı Təmir" MMC tərəfindən aparılır.

Bakucity.az xəbər verir ki, Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur.

Yenidənqurma ilə bağlı Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabuncu stansiyasında 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulmuş və 8 ədəd rigel quraşdırılıb, kontakt şəbəkəsi çəkilib və nizamlanıb. Hazırda təmir işləri davam edir.

Qeyd edək ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bakucity.az 

Dəmir yolu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər