Bakı meri ağacların kəsildiyi küçəyə baş çəkib

Bakı meri ağacların kəsildiyi küçəyə baş çəkib, Oral Aliyev

O, vətəndaşlarla görüşüb, məsələ barədə maraqlanıb.

Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanına baş çəkib. Buna səbəb isə həmin küçədə ağacların icazəsiz kəsilməsidir.  

Eldar Əzizov orada yaşayan vətəndaşlarla görüşüb, məsələ barədə onlardan ətraflı məlumat alıb. 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılarkən yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanmış araşdırma materialları Baş Prokurorluğua göndərilib.

Bakucity.az 

Bakı meri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər