Yarışma Dövlət Mahnı Teatrında və Aktyorlar evində baş tutub.
Bakucity.az xəbər verir ki, Bakıda Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə 2 günlük “İncəsənət Olimpiadası” keçirilib.
Yarışma Azərbaycan İncəsənət Gimnaziyası və “Jam Group”un təşkilatı dəstəyi ilə reallaşıb.
4 mayda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən incəsənət yarışmasında fortepiano, estrada vokal, akademik vokal, saksafon, akardion, qarmon, fleyta, bədii qiraət, tamaşa, saz, tar, qanun, skripka, xalq çalğı alətləri, truba, xanəndə, nağara, klarnet, kamança və zərb alətləri janrlarda çıxışlara baxılıb.
5 mayda Aktyorlar evində keçirilən yarışma isə rəqs növləri üzrə keçirilib. Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunub.
“İncəsənət Olimpiyadası artıq üçüncü ildir ki, keçirilir. Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar. Bu il də yarışmaya iştirakçı sayı 3600 nəfər olmaqla, paytaxt Bakıdan, bölgələrdən və xarici ölkələrdən iştirakçılar qatılıb.
Qeyd edək ki, piano, akademik və xalq çalğı alətləri nominasiyalarında iştirakçıların saylarının artımı müşayiət olunub.
Münsiflər heyəti iştirakçıları texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndirilib.
Yarışma bu yaş kateqoriyasına görə keçirilib: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).
Yarışmada bu nominasiyalar olub: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).
Yarışmanın informasiya dəstəkçisi Bakucity.az saytıdıdr.