Hazırda dumanlı hava davam edir.
Bakucity.az xəbər verir ki, gecə saatlarından Bakı və Abşeron yarımadasında dumanlı hava var.
Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb. Nisbi rütubət 86-88 faiz təşkil edir.
Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq, duman tədricən çəkiləcək. Lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var.
Qeyd edək ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildiriblər. (Ona.az)
Bakucity.az