Bakıya ikimərtəbəli elektrik qatarları gətiriləcək - AÇIQLAMA - bakucity.az

Bakıya ikimərtəbəli elektrik qatarları gətiriləcək - AÇIQLAMA

Hazırda bərpa işləri davam etdirilir.

Bir müddət öncə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov qeyd etmişdi ki, Bakıdan çıxan elektrik qatarları təkcə Sumqayıta deyil, əks istiqamətə - Qaraçuxur qəsəbəsi, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayi, Novxanı və s. ərazilərə qədər gedəcək. 

Bakucity.az məsələnin nə yerdə qaldığını öyrənmək məqsədilə ADY-nın mətbuat katibi Sevinc Qədirovadan açıqlama alıb. 

Elektrik qatarlarının bərpası istiqamətində işlər görülürmü?

Sevinc Qədirova bildirib ki, Bakıətrafı dairəvi dəmir yolunun təşkili istiqamətində işlər davam etdirilir:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci ilin mart ayında “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən,  Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Hazırda ümumi uzunluğu 107 kilometr olan yollarda təmir işləri aparılır. Layihə mərhələli şəkildə həyata keçirilir. Genişləndirmə işləri Bakı-sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Əks istiqamətdə isə gələcəkdə Maştağa dairəvi yolunda yerləşən Bağlar stansiyasına, sonra Dübəndiyə qədər, həmçinin Binə qəsəbəsi - hava limanına qədər genişləndiriləcək. Dairəvi dəmir yolunun Bakı-Sabunçu, Sumqayıt-Sabunçu hissələrində işlər sürətlə davam edir. 2019-cu ilin ortalarında "Koroğlu" metro stansiyasının yaxınlığından keçməklə Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Fatmayı, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu  yolda “Stadler Rail Group” şirkətinin istehsalı olan ikimərtəbəli qatarlar işləyəcək”. 

Mətbuat katibi əlavə edib ki, sözügedən yolun əsaslı təmiri başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin nəqliyyat problemi aradan qalxacaq:

“Dairəvi dəmir yolu boyunca yerləşən kəndlərdə yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq”. 

Hazırda Bakıdan çıxan qatarların hərəkət istiqaməti necədir? 

S. Qədirova qeyd edib ki, Bakı-Yalama-Bakı, Bakı-Hacıqabul-Şirvan-Bakı, Bakı-Sumqayıt-Bakı elektrik qatarları hazırda hərəkətdədir. 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
996 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Xəzər rayonunda kütləvi dava baş verib Bakucity.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzində qeydə alınıb. Belə ki, beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törədənlər Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarılır. (APA) Bakucity.az
Mədəniyyət
Ağ-qara fotolarda Xəzər sahilləri əks olunub Bakucity.az xəbər verir ki, ötən gün paytaxtda tanınmış fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı keçirilib.  Emin Qəhrəmanov Sənət Qalereyasında keçirilən sərgidə Rüstəm Hüseynovun yeni əsərləri nümayiş olunub.  Fotoqrafın çəkdiyi fotolarda isti yay günləridə Abşeron çimərliklərindən mənzərələr yer alıb.  Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb Bakucity.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira...
Hadisələr
Binəqədi rayonunda intihar hadisəsi olub Bakucity.az  xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)...
Hadisələr
“İnstagram”da tanış olub paytaxtda oğurluqlar etdilər Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib. Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən “Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxla...
Hadisələr
Paytaxtda qanunsuz fəaliyyət göstərən çörək sexi aşkarlanıb Bakucity.az xəbər verir ki, Qəmbərov Ələkbər Zaid oğluna məxsus sex Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir. Qanunsuz fəaliyyət göstərən çörək sexində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsul...
Ekologiya
Paytaxtda iyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, g...
Hadisələr
Ağ şəhər ərazisində qadın intihara cəhd edib Bakucity.az  xəbər verir ki, hadisə ərazidəki yaşayış komplekslərindən birində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedici briqadası cəlb edilib.  Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları qadınla danışıqlar apararaq, onu intihar fikrindən daşındırmağa nail olublar. Qadının intihara niyə cəhd etdiyi isə hələ bilinmir. (Oxu.az) Bakucity.az
Hadisələr
Bakı-Ələt-Astara yolunda ağır yol qəzası baş verib.  Bakucity.az xəbər verir ki, yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində “VAZ 2107” markalı avtomobil “KaMAZ” markalı yük maşınına çırpılıb.  Qəza nəticəsində 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107”-nin sürücüsü,1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.  Avtomobildə olan digər sərnişin Cəfərov Lətif Razı oğlu hadisə yerində və...