Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirildi, Oral Aliyev

Bununla bağlı sərnişinlərə müraciət edilib.

Bakucity.az xəbər verir ki, paytaxtda təmir işləri ilə bağlı 596 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib:

"596 saylı marşrut xətti üzrə avtobuslar Qaradağ rayonunun Lökbatan-Xocahəsən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığındakı Meyvəli bazarından alternativ Yeni Yasamal yolu ilə Biləcəri dairəsi üzrə hərəkət edərək yollarına davam edirlər. Bir neçə gün davam edəcək təmir işlərinin yekununda həmin istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti üçün daha əlverişli şərait təmin ediləcək".

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər