Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.
Bakucity.az xəbər verir ki, bu barədə aktyor özü açıqlama verib. O, dövlət başçısına minnətdarlığını bildiririb:
"Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.