Biletlərin qiyməti məlum olub.
Bakucity.az xəbər verir ki, qiymətlər 97- 200 manat (350-800 türk lirəsi) aralığında olacaq.
Qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur.
Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.
Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.
Qatar avqustda fəaliyyətə başlayacaq. (Oxu.az)