Bakıda “İçərişəhər” Qoşa Qala qapılarının təmirinə başlanılıb

Bakıda “İçərişəhər” Qoşa Qala qapılarının təmirinə başlanılıb

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Bakucity.az xəbər verir ki, “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən İçərişəhərdə Qoşa Qala qapılarında bərpa-konservasiya işlərinə start verilib.

Layihəyə əsasən bərpa və konservasiya işləri öncə Qala divarlarının daxili hissəsindən başlayıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir.

Qeyd edək ki, layihə 2019-cu ilin sonuna qədər başa çatması planlaşdırılır.

Bakıda “İçərişəhər” Qoşa Qala qapılarının təmirinə başlanılıb, fotoşəkil-1 Bakıda “İçərişəhər” Qoşa Qala qapılarının təmirinə başlanılıb, fotoşəkil-2

Bakucity.az

İçərişəhər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər