Paytaxda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Bakucity.az xəbər verir ki, mayın 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütununu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Bakucity.az