Xətai rayonunda mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Bakucity.az xəbər verir ki, sözügedən şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarovdur.
O, ifadəsində Xətaidə dörd, Yasamal rayonunda isə bir mənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov günorta - ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.
Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün məzilləri səliqəli şəkildə axtarıb.
Faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Oxu.az)
Bakucity.az