Sabah paytaxtdakı “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək.
Bakucity.az xəbər verir ki, bu, 9 May - Qələbə Günü münasibətilə ölkə ərazisində qeyri-iş günü olması ilə bağlıdır.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, mayın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən iki “ASAN Kommunal” mərkəzi var.
Bakucity.az