General Bakıda iki idarə rəisini işdən çıxardı

General Bakıda iki idarə rəisini işdən çıxardı

Hərbi xidmətə çağırış müzakirə edilib.

Bakucity.az xəbər verir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışın yekunları Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ay ərzində həyata keçirilən tədbirlər təhlil edilib.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

Bakucity.az 

Hərbi xidmət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər