Bakının altı yerində hərbi orkestrlərin çıxışları olacaq

Bakının altı yerində hərbi orkestrlərin çıxışları olacaq

Çıxışlar saat 17:00-dan 19:00-dək baş tutacaq.

Bakucity.az xəbər verir ki, faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Bakının müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Çıxışlar saat 17:00-dan 19:00-dək baş tutacaq.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş altı yerində çıxış edəcək:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);

- Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;

- Zərifə Əliyeva parkında;

- Zabitlər parkında;

- Yasamal parkında (Lider TV yaxınlığında)

- Fəvvarələr meydanında.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər