Bakıda iki nəfər bıçaqlandı, biri “BMV”-də öldü - FOTO

Bakıda iki nəfər bıçaqlandı, biri “BMV”-də öldü - FOTO, Oral Aliyev

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində qeyd alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Bıçaqlanan daha bir şəxs, Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb. 

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər axlanılıb. 

Qətli törədən şəxs Emil Səfərova məxsus “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib, bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. (Ona.az)

Bakıda iki nəfər bıçaqlandı, biri “BMV”-də öldü - FOTO, fotoşəkil-1 Bakıda iki nəfər bıçaqlandı, biri “BMV”-də öldü - FOTO, fotoşəkil-2 Bakıda iki nəfər bıçaqlandı, biri “BMV”-də öldü - FOTO, fotoşəkil-3

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər