Paytaxtda hindli bəy və gəlinin toyu müzakirələrə səbəb olub.
Bakucity.az xəbər verir ki, "Bilgah Beach Hotel"də baş tutan toy mərasimi üç gün davam edib (4-6 may). Bu müddət ərzində keçirilən mərasimlərdə ABŞ, Hindistan və BƏƏ-dən çox sayda qonaq iştirak edib.
Manish və Barkha adlı cütlüyün dəbdəbəli toyuna 5 milyon dollardan çox pul xərcləndiyi iddia olunur. Varlı ailənin övladları olan cütlük 3 gün 3 gecə Bakıda toy edib və doyunca əylənib.
Dəbdəbəli toydan görüntüləri təqdim edirik: (Baku.ws)
Bakucity.az