Bu gün Bakıda konsert olacaq

Bu gün Bakıda konsert olacaq, Oral Aliyev

Konsertə giriş sərbəstdir.

Bakucity.az xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim olunacaq. Konsert ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə təşkil edilib.

Konsertdə "Rast” qrupu və Rusiyanın "S-brothers-S” DJ layihəsi çıxış edəcək.

Qeyd edək ki, Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq dünən ləğv edilən konsertdə çıxışı nəzərdə tutulan estrada təmsilçilərimiz də bu gün səhnəyə çıxacaq.

Bakucity.az 

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər