Gecə saatlarında Bakıda bu yollar bağlanacaq

Gecə saatlarında Bakıda bu yollar bağlanacaq, Oral Aliyev

Paytaxtın bəzi küçələrində rənglənmə işləri aparılacaq.

Bakucity.az xəbər verir ki, 28 May və Aleksandr Puşkin küçələrində saat 22:00-dan səhər saatlarına kimi üfüqi nişanlanma xətləri yenidən rənglənəcək.

İşlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə aparılır.  

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az 

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər