"Arsenal" erməni futbolçu Mxitaryanı Bakıya gətirəcəkmi?

"Arsenal" erməni futbolçu Mxitaryanı Bakıya gətirəcəkmi?, Oral Aliyev

Avroliqanın finalına yüksələn "Arsenal” çətinliklə üzləşib.

Bakucity.az xəbər verir ki, Bakıda "Çelsi” ilə keçiriləcək həlledici oyun öncəsi erməni futbolçusu Henrix Mxitaryana viza verilməsi sual altındadır.

UEFA bu məsələdə London klubuna dəstək göstərsə də, "Arsenal” matça Mxitaryansız çıxa bilər. Belə ki, erməni futbolçuya viza verilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Yalnız Azərbaycan tərəfi icazə verdikdən sonra futbolçu Bakıya səfər edə bilər.

Qeyd edək ki, Henrix Mxitaryan 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində "Qəbələ” – “Borusiya Dortmund” matçı, ötən il isə “Qarabağ” – “Arsenal” görüşü üçün bakıya gətirilməmişdi.

Bakucity.az 

Avroliqa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər