Bakı-Quba yolunda ağır yol qəzası hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, yolun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, “Nasosnu” deyilən ərazidə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb. Onlardan dördü kişi, biri qadındır. Ölənlərin Goranboy rayonunda hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan şabranlı ailə olduğu bildirilir. İlkin məlumata görə, yük maşınının sürücüsü sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)