Bakıda professorun qızı itkin düşüb, tapanı mükafat gözləyir - VİDEO

Bakıda professorun qızı itkin düşüb, tapanı mükafat gözləyir - VİDEO, Oral Aliyev

Paytaxtda qadın itkin düşüb.

Bakucity.az xəbər verir ki, 38 yaşlı Hacıyeva Röya Vaqif qızı ötən gün günorta saatlarından yoxa çıxıb. O, sonuncu dəfə atası Vaqif Hacıyevlə birlikdə Həsən Əliyev küçəsində yerləşən ASAN xidmətin inzibati binasına daxil olub. Oradan çıxaraq naməlum istiqamətə gedib. 

İtkin düşən qadının atası Vaqif Hacıyev bildirib ki, qızı ruhi-əsəb xəstəsidir. Atası onu bu gün Türkiyəyə müalicəyə aparacaqdı. Bunun üçün də ASAN xidmətdə sənədlərini qaydasına salırmış.

R.Hacıyeva Rusiya Federasiyasının vətəndaşıdır. Onu görənlərdən və ya tanıyanlardan xahiş olunur ki, 050 389 13 39 mobil nömrəsinə məlumat versinlər. R.Hacıyevanı tapana mükafat vəd edilib.

R.Hacıyevanın itkin düşməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib.

Qeyd edək ki, Vaqif Hacıyev Moskva Dövlət Universitetinin professorudur. (Ona.az)

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər