Bakda hansı restoranlarda iftar yeməyi verilir? - MENYU / QİYMƏT - bakucity.az

Bakda hansı restoranlarda iftar yeməyi verilir? - MENYU / QİYMƏT

Paytaxt restoranları iftara özəl menyular təklif edilir.

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Müqəddəs Qurani-Kərim yer üzünə məhz bu ayda nazil olub. 

Müsəlmanlar Ramazan ayında oruc tutur, Allaha dua edirlər. Oruc tutanlar üçün isə iftar yeməyi zamanı düzgün qidalanmaq vacibdir. 

Bakucity.az paytaxt restoranlarının iftar menyusu və qiymətləri haqda araşdırma aparıb. 

İftarda nə yemək daha yaxşıdır?

Axşam saatlarında ət və tərəvəzdən hazırlanmış isti yeməklərdən az miqdarda yemək lazımdır. Qarnir olaraq isə bulqur, qarabaşaq daha uygundur. Dessertləri isə meyvələrlə əvəz etmək daha yaxşıdır. Çoxlu çay, su, şirə və ya kompot çox içmək lazımdır. İftar zamanı yağlı və qızardılmış yeməklərdən imtina etmək daha yaxşıdır.

Bakıda iftarı harada açmaq olar və bu neçəyə başa gələcək?

"Kolorit Kafe"nin meneceri Elşad Əzizov deyib ki, sözügedən restoranda hər gün yeni iftar menyusu olur və yeməklərin qiymətlərilə bağlı məlumatlar rəsmi “Instagram” səhifələrində yerləşdirilir:

“İki filialımız var: “28 Mall”dakı filalımızda müsəlmanlar üçün bir nəfərlik şam yeməyi 12 manat, Nizami küçəsindəki filalımızda isə 16 manat təşkil edir. Nizami küçəsində olan kafedə bufet də var. Qonaqlara tərəvəz salatları, müxtəlif tərəvəz şorbaları, düyü və bulqurla ət, toyuqlu “raqu” təklif olunur. Dissert olaraq meyvə və ya tort seçə bilərsiniz. “28 Mall”dakı kafemizdə iftara özəl olaraq menyuda salatlar, məzələr, ilk və isti yeməklər verilir”.

“Dafne by Dalida” restoranının admnistratoru Səfadar Quliyev qeyd edib ki, iftarı açmaq üçün birnəfərlik menyu 22 manat təşkil edir:  

“Biz müştərilərimizə 3 növdə - toyuq, mərci göbələk supları təklif edirik. İsti yeməkklərdən isə sobada bişirilmiş pendirli qoyun və mal əti verilir. Müştərilərimiz içkilərdən su, çay, ayran sifariş verə bilərlər”.

Admnistratorun sözlərinə görə, restorana iftar açmaq üçün hər gün 50-70 arası müştəri gəlir. Demək olar ki, artıq boş yer qalmayıb. Ramazan ayının sonuna kimi 100-dən artıq adam yer sifariş edib. Ona görə də gəlməzdən öncə masa sifariş etdirmək vacibdir. 

“Sahil Bar & Restaurant”ın admnistratoru Kazım Məhrəmzadənin sözlərinə görə, onlarda iftar yenməyi üçün 2 menyu təklif olunur. Bu menyular 18 və 23 təşkil edir:

“18 manatlıq menyuda isti yeməklər yoxdur. Digərində isə hər şey var. Göbələk, mərci, lobya və s. suplar təklif edirik. İsti yeməklərdən dolma, toyuq və ət kababları verilir. Bundan əlavə, müxtəlif qəlyanaltılarımız da var. Masanı əvvəlcədən sifariş etmək məsləhətdir”.

“Vertical 29 Restaurant & Lounge” restoranı 25 manatlıq iftar münyusu təklif edir. Restoranın əməkdaşı Səbinə Bayramovanın sözlərinə görə, onlarda hər gün şam namazından sonra menyu dəyişdirilir:

“Dəyişməyən sadəcə çörək, qazsız su və xurmadır. Pomidor, göbələk və müxtəlif  tərəvəzlərdən olan şorbalarımız var. İsti yeməklərdən ət, balıq, “fri” təklif edirik. Çayı isə mürəbbə ilə veririk. 

“Circle Restaurant & Music Hall” restoranının əməkdaşı bildirib ki, burada ötən il olduğu kimi, iftar menyusu 20 manatdır. Sifarişi isə əvvəlcədən vermək lazımdır. İsti yeməklərə müxtəlif kabab növləri, mərci şorbası və düşbərə daxildir.Yay salatı və ya manqal salatı sifariş verə bilərsiniz. Pendir dilimləri, yaşıl və qara zeytun. içkilərdən isə kompot və su təklif edilir.

 “Prive Steak Gallery” restoranında iftar açmaq bir nəfərə 58 manata başa gəlir. Burada da yeməklər gündəlik dəyişir. İsti yeməklərdən ət kababı və ya küftə verilir. Keçi pendiri ilə “Akdeniz” salatı, müxtəlif isti və soyuq içkilərin yanında püstə paxlavası təklif olunur.  

Allah tutduğunuz orucları qəbul etsin!

Restoranlar və qiymətlər:

Restoranlar Bir nəfərlik qiymət qiyməti
Kolorit Kafe12-16 AZN
Dafne by Dalida22 AZN
Sahil Bar & Restaurant17-23 AZN
Vertical 29 Restaurant & Lounge25 AZN
Circle Restaurant & Music Hall20 AZN
Prive Steak Gallery58 AZN

Züleyxa İsmayılova

Bakucity.az 

İftar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2822 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.  “Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü -...
Cəmiyyət
Yol polisi paytaxtda profilaktik tədbirləri davam etdirir Bakucity.az xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb. Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müa...
Hadisələr
Xəzər rayonunda kütləvi dava baş verib Bakucity.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzində qeydə alınıb. Belə ki, beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törədənlər Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarılır. (APA) Bakucity.az
Mədəniyyət
Ağ-qara fotolarda Xəzər sahilləri əks olunub Bakucity.az xəbər verir ki, ötən gün paytaxtda tanınmış fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı keçirilib.  Emin Qəhrəmanov Sənət Qalereyasında keçirilən sərgidə Rüstəm Hüseynovun yeni əsərləri nümayiş olunub.  Fotoqrafın çəkdiyi fotolarda isti yay günləridə Abşeron çimərliklərindən mənzərələr yer alıb.  Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb Bakucity.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira...
Hadisələr
Binəqədi rayonunda intihar hadisəsi olub Bakucity.az  xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)...
Hadisələr
“İnstagram”da tanış olub paytaxtda oğurluqlar etdilər Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib. Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən “Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxla...
Hadisələr
Paytaxtda qanunsuz fəaliyyət göstərən çörək sexi aşkarlanıb Bakucity.az xəbər verir ki, Qəmbərov Ələkbər Zaid oğluna məxsus sex Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir. Qanunsuz fəaliyyət göstərən çörək sexində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsul...
Ekologiya
Paytaxtda iyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, g...