"Arsenal" klubunun Bakıya gələcəyi tarix açıqlandı

"Arsenal" klubunun Bakıya gələcəyi tarix açıqlandı

İspaniyalı baş məşqçi açıqlama verib.

Bakucity.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu Avropa Liqasının finalı üçün Bakıya gələcəyi tarixi açıqlayıb. Klubun baş məşqçisi Unay Emeri bildirib ki, Londonda 3 gün hazırlıq keçəcəklər. Mayın 25-də isə Bakıya yollanacaqlar. O, Bakıda da 3 məşq keçirəcəklərini diqqətə çatdırıb. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın digər rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlayacaq. (Report)

Bakucity.az 

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər