Amerikalı alim Bakıda unikal təlim keçəcək

Amerikalı alim Bakıda unikal təlim keçəcək

“Çox iş görmək istəyiriksə - çox istirahət etməliyik”.

Bakucity.az xəbər verir ki, bu il 16-17 may  tarixlərində "İnsan: Özünü dərk et" proqramı çərçivəsində amerikalı alim və futurist Aleks Sucunq-Kim Penqin Bakıda "Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi" adlı unikal təlimi reallaşacaq.

İstirahət mövzusunda ilkin mühazirə və təlimin təşkilatçısı "YARAT" müasir incəsənət məkanıdır.

Təlim iştirakçıları istirahət və işi bərabər şəkildə idarə etmək, bu bacarığı özündə şüurlu şəkildə inkişaf etdirmək vasitələrini, daha yaradıcı və resurslu etməkdə asudə vaxtın rolunu, istirahət gücündən istifadə edərək arzuolunan nəticələri necə əldə etməyi öyrənəcəklər.

Təlmi və təlimçi haqqında daha geniş məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:

www.insan.yarat.az

Bakucity.az

təlim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər