Paytaxtda intihar hadisəsi baş verib.
Bakucity.az xəbər verir ki, ötən gün ötən gün günorta saatlarında 32 yaşlı xanım özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerində keçinib.
İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd olunur ki, qadın həyat yoldaşından ayrılıbmış. Xanımın iki azyaşlı uşağı qalıb. O, intihardan öncə uşaqlarını saxlamaq üçün qayınanasına verib. Daha sonra özünü atıb.
Faktla bağlı araşdırma aparılır. (Azxeber.com)