Bakı məktəblərində işə qəbul üzrə imtahanlar başa çatıb - bakucity.az

Bakı məktəblərində işə qəbul üzrə imtahanlar başa çatıb

İmtahanlara 464 dəvət olunub.

Bakucity.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

İmtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 464 nəfərdən 313-ü, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 256 nəfərdən 172-si, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə dəvət olunan 81 nəfərdən 66-sı, psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 174 nəfərdən 109-u, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə dəvət olunan 538 nəfərdən 312-si, laborant vəzifəsinə işə qəbul üzrə dəvət olunan 1062 nəfərdən 639-u, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 74 nəfərdən 44-ü iştirak edib. 6-11 may tarixlərini əhatə edən müsabiqənin II mərhələsində ümumilikdə dəvət olunan 2 649 nəfərdən 1 655 namizəd imtahanlara qatılıb.

Laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.

Qeyd edək ki, yaxın günlərdə nəticələr təhlil olunaraq vəzifələr üzrə keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bakucity.az 

İmtahan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Ona Prezidentin fəxri diplomu təqdim edilib Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Əməkdar memarın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Rasim Əliyev 1934-cü il 16 iyulda Gəncədə görkə...
Cəmiyyət
Təhülkəsizliyiniz üçün piyada keçidlərindən istifadə edin! Bakucity.az xəbər verir ki, vətəndaşların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməsi əksər hallarda bədxəxt hadisə ilə nəticələnir.  Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir. Lakin paytaxtda hələ də yolu piyada keç...
Hadisələr
İntiharın hansı səbəbdən baş verdiyi bilinmir Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib. İntihar edən şəxs Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənovdur. O, özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asıb.  Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Hadisələr
Ticarət mərkəzində 44 min manatlıq oğurlu baş verib Bakucity.az xəbər verir ki, Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzindəki mağazadan külli miqdarda oğurluq olub. Bununla bağlı mağazanın sahibi Elçin Ələsgərov polisə müraciət edib.  O, şikayət ərizəsində qeyd edib ki, mağazada satılan yuyucu tozlar bu ilin martın 1-dən yoxa çıxmağa başlayıb və bu hal yulun 13-nə kimi davam edib. Bu müddət ərzində mağazadan 44 min 500 manatlıq yuyucu toz oğurlanıb. ...
Biznes
"Buta Airways" Bakı-Batumi aviareyslərinin sayını artacaq Bakucity.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu ilin iyulun 17-dən sentyabr ayının 18-dək müvafiq istiqamətlərdə müntəzəm uçuşların sayı artırılacaq.  Bakıdan Batumi istiqamətində müntəzəm uçuşlara bu ilin iyunun 14-dən etibarən başlanılıb. Hazırda uçuşlar həftədə iki dəfə yerinə yetirilir.  Qeyd edək ki, yeni uç...
Hadisələr
O, “Qırmızı kanal”a yönləndirilib, sonra isə təkrar yoxlama keçirilib Bakucity.az  xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu əşyaları gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.  Sərnişin baqajını götürüb “Yaşıl kanal” buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş...
Ekologiya
Paytaxtda 16 iyula gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava yağmursuz olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütub...
Biznes
Pivə ilə birlikdə dadlı soyuq qəlyanaltılar da verilir Bakıda isti yay günlərində sərin bir məkanda pivə içmək istəyənlər az deyil.  Bakucity.az bu şəxslər üçün paytaxtda pivə içə biləcəkləri üç restoranın qiymət və xidmətlərini araşdırıb.  Bakıda ən məşhur pivə məkanlarından biri “PİVNAYA APTEKA” restoranıdır. Restoranın təkcə yaxşı pivələri deyil, həm də rahat interyeri diqqət cəlb edir: yumşaq yaşıl rəng, çobanyastığı rəflər, rahat divanlar və ən əsası...
Cəmiyyət
Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb Bakucity.az xəbər verir ki, Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Saib Cabir oğlu Cəfərov barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb. S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib. Həmin maddə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya...