Məşhur azərbaycanlı boksçu Bakıda qadını döyüb - FOTO

Məşhur azərbaycanlı boksçu Bakıda qadını döyüb - FOTO, Oral Aliyev

Polis hadisə ilə bağlı araşdırma aparır.

Bakucity.az xəbər verir ki, qadınlardan ibarət boks üzrə milli komandanın üzvü Məryəm Cəbrayılova ilə bağlı xoşagəlməz hadisə baş verib. Belə ki, onun paytaxt sakini Günay Zeynalova adlı qadın döydüyü iddia olunur.

Məşhur azərbaycanlı boksçu Bakıda qadını döyüb - FOTO, fotoşəkil-1

Hadisə ilə bağlı açıqlama verən G. Zeynalova bunları deyib: 

"Mayın 5-də saat 18 radələrində övladımla "Xaqani" bağının yanında avtomobilimə əyləşdim. Avtomobili park etdiyim yerdən hərəkət istiqamətində hərəkət etdirərkən 99-XZ-131 dövlət qeydiyyat nişanlı avtomobil mənimlə üzbəüz gəldi.

Qeyd edim ki, həmin küçədə hərəkət birtərəflidir və həmin şəxslər yol hərəkəti qaydalarını açıqca pozurdu. Baş verənlər hamısı kameralara düşüb. Mən də etirazımı bildirdim. Qəfildən Məryəm maşından düşüb, mənə yaxınlaşdı. Pəncərədən əlini uzadıb, üzümə yumruq vurdu. Mən başımdan yenicə əməliyyat olunmuşam. Əməliyyatımın yerinə zərbələr endirdi. Saçımı yolmağa başladı. Şoka düşdüyüm üçün hərəkət edə bilmədim. Bir onu xatırlayıram ki, arxada oturan 8 yaşlı qızım saçımı onun əlindən almağa çalışırdı. Sonra camaat onu dartıb, apardı. Qışqırmağa başladım. Qızım elə qorxmuşdu ki, mənə yaxın gəlmirdi. Sonra 102-yə zəng etdim, 39 nömrəli polis bölməsinə getdik. Orada da bacımı hədələdi".

G.Zeynalova məşhur boksçunun cəza almasını istədiyini dilə gətirib: 

"Maddi-mənəvi ziyan çəkmişəm. Orada 10 min avroluq saatım itdi. Bir neçə gün öncə fikirli olub, maşını vurmuşam. Psixologiyam pozulub, gecələr kabus görürəm. Qızımın da psixologiyası pozulub. İkimiz də psixoloqdan dəstək alırıq. Tək istəyim ədalətli qərarın verilməsidir. Məryəm Cəbrayılovanın layiqli cəza almasını istəyirəm. Çünki bu, sabah küçədə başqa qadının da başına gələ bilər. Mənim yaşadıqlarımı başqalarının yaşamasını istəmirəm". (Yeni müsavat)

Bakucity.az  

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər