Bakıda piyadanı vuraraq qaçan sürücü tutulub

Bakıda piyadanı vuraraq qaçan sürücü tutulub, Oral Aliyev

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıb.

Bakucity.az xəbər verir ki, mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində piyadanın ölüm ilə nəticələnən yol qəzası baş verib. Belə ki, 986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99 HJ 019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq ölümünə səbəb olub və hadisə yerindən qaçıb. 

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bakuctiy.az 

Bakıda qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər